
AĞLAMSI(N)MAQf Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. //Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi. Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|