
ALQIŞis. 1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. -Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi. Birdən alqışlar qopdu. M.Hüseyn. Alqış səsləri zalı doldurdu. Ə.Vəliyev.
// Nida mənasında. Əhsən, afərin, mərhəba. [Yanardağ:] Alqış odlar gəlininə! Elə isə, bir yerdə son ibadətə başlayaq.. C.Cabbarlı. Alqış deyir mənim doğma yurdum Azərbaycan da. R.Rza. Min nemət yetirir Vətən torpağı; Alqış mərd, qabarlı, qadir əllərə! Ə.Cəmil. folk. Şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən və müəyyən mərasimlərlə bağlı arzuları bildirən söyləmə. Paylaşın - Hamı bilsin
|