
ALQIŞLAMAQf Birini təbrik etmək üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq. Artisti alqışladılar. Natiqi çox alqışladılar. - Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. S.S.Axundov.
// Təbrik etmək. Alqışla insanın pak əməlini; Uzat yer üzünə hünər əlini. S.Vurğun. Bir vüqar duyaraq onun səsində; Yer, göy alqışladı bu qəhrəmanı. M.Rahim. // Məc. mənada. Kiçik quşlar .. gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar. Şaiq. // Çox bəyənmək, tərifləmək, tam razılığını izhar etmək. İrəli sürülən yeni təklifi hamı alqışladı. Onun bu gözəl təşəbbüsünü alqışlamaq lazımdır. Paylaşın - Hamı bilsin
|