
ALIŞ-VERİŞis. 1. Alver, ticarət, alğısatqı. Alış-verişlə məşğul olmaq. - Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Ə.Haqverdiyev. [Hacı Saleh:] Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə. S.S.Axundov. Pəh, pəh, pəh!.. Afərin belə qazanca, afərin belə alış-verişə! C.Məmmədquluzadə.
2. məc. İş. Mənim anam ölsün, tamam vilayətin alış-verişi mənimlədir. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|