AYAQYALINsif 1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov.
// Zərf mənasında. Ayaqyalın gəzmək. - Laçın .. [uşaqların] hər ikisinin dalınca baxdı, ayaqyalın olduqlarını gördü. M.Hüseyn. Sitarə ərini yuxuya verib otaqdan çıxdı və bir dəqiqə çəkmədi ki, küçədən ayaqyalın və başıaçıq qaçmağa üz qoydu. Çəmənzəminli. [Uşaq] ev sahibinin qabağından qalan tör-töküntünü yeyərdi. Qışın soyuğunda ayaqyalın su daşıyardı. H.Sarabski. 2. sif. məc. Lüt, yoxsul, heç bir şeyi olmayan. □ Ayaqyalın qalmaq - lüt qalmaq, hər şeyi əlindən çıxmaq, var-yoxu əlindən getmək. Ayaqyalın qoymaq - var-yoxunu əlindən almaq, lüt qoymaq. Paylaşın - Hamı bilsin
|