AYDINsif. 1. İşıqlı, aylı, mahtab. Aydın gecə. - Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid. Aydın bir gecədir, ulduzlar həsrətləyerə baxır. S.Rüstəm.
İşıqlı, nurlu, işıqsaçan. // Parlaq. Buludsuz, açıq, təmiz. Aydın səma. Aydın hava. - Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Aydın olmaq - aydınlaşmaq, açılmaq, buluddan, çəndən təmizlənmək. Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın olur. A.Divanbəyoğlu. Mən aşiq aydın olsun; Ay doğsun, aydın olsun.. (Bayatı). // məc. Təmiz, saf, ləkəsiz, sakit. Aydın baxışlar. Aydın gözlər. - Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə etmirdi. M.Hüseyn. Heç bir şübhə doğurmayan, aşkar, açıq, bəlli, məlum, şübhəsiz. Aydın məsələ. Fikrimiz aydındır. Yaxşı başa düşülən, seçilən, qavranılan, eşidilən, görünən. Aydın səs. Dağların aydın görünən zirvələri. - Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsnif’lər (vokal musiqisi) və “rəng”lər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov. Aydın məqsəd olmadan işə başlamaq yaramaz. Ə.Sadıq. Aydın etmək - aydınlaşdırmaq, aşkar etmək, bəlli etmək, müəyyənləşdirmək. Məsələni aydın etmək lazımdır. Vəziyyəti aydın etmədən heç bir söz demək olmaz. Aydın olmaq - 1) aşkar olmaq, bəlli olmaq, meydana çıxmaq. Danışıqdan aydın oldu ki, [Nəbi kişi] Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov. Bu mənzərəni görərkən hər şey aydın oldu. Ə.Məmmədxanlı; 2) görünmək, üzə çıxmaq. □□ Aydın gün məc. - xoşbəxtlik, səadət, uğur. Aydın günə çıxmaq - uzun əzab və çətinlikdən sonra xoşbəxt olmaq. Gözün aydın (olsun)! - xoş bir münasibət və sevincli bir hadisə ilə əlaqədar olaraq söylənilən təbrik ifadəsidir. ..Yardan xəbər gəlibdi; Gözlərin aydın olsun. (Bayatı). Paylaşın - Hamı bilsin
|