
AVAZis. [fars.] 1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. (Ata. sözü). Həkim özü yaxşıca avaz ilə oxuyurdu. C.Məmmədquluzadə.
2. Hava, ahəng. Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. “Aşıq Qərib”. // Mahnı, nəğmə, xoş səs. Avazın gələndə can bihuş olur; Qurbanam o nazik sədayə, Zeynəb! M.P.Vaqif. Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı. S.Rüstəm. Qopdu dodaqlarından ürək açan bir avaz. M.Müşfiq. □ Avaz etmək - hava ilə oxumaq. Nazənin-nazənin edərsiz avaz; Ruhlar təzələnir, olur sərəfraz. M.P.Vaqif. Paylaşın - Hamı bilsin
|