
AZACIQsif. və zərf Çox az, çox az miqdarda, cüzi. Mənə azacıq su verin. Azacıq vaxt qalmışdır. Azacıq yemək. - Azacıq aşım, ağrımaz başım. (Məsəl). Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Həcər qulaq verdi, bu an buludlar azacıq hərəkətə gəldi. S.Rəhimov.
□□ Azacıq aşın duzu deyil - b a x aş1#. Paylaşın - Hamı bilsin
|