
AZADİYYƏT[fars. azad və ər. ...iyyət] b a x azadlıq 1-ci mənada. Sənin torpağın xarabdır və əhlin nadandır və sivilizasionicahandan bixəbərdir və azadiyyətdən məhrumdur. M.F.Axundzadə. [Rzaqulu xan] kəndlilər içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|