AZsif. 1. Sayca çox olmayan, cüzi (çox ziddi). Az pul. Az miqdar. Az bilik. İclasa az adam gəlmişdi.
// Çox sürməyən, sürəksiz, çox davam etməyən, tez qurtaran. Az ömür. Az vaxt. Az (z.) yaşamaq. Az (z.) sürmək. - Az yeyənin azarı da az olar. (Ata. sözü). // Kifayətsiz, ehtiyacı ödəməyən (adətən xəbər şəkilçisi ilə). Bu məbləğ azdır. Yaşına görə təcrübəsi azdır. Onun biliyi çox azdır. // “Bir” sözü ilə - azacıq, az miqdarda. Bir az su ver. Bir az gözlə. Bir az dincəl. Seyrək, nadir, arabir, gec-gec. Bakıda yağış az olur. Burada yaşıllıq çox azdır. Belə təsadüflər az düşər. Dostlar az görüşürlər. İs. mənasında. Azlıq, əqəliyyət. Az çoxa tabe olmalıdır. İs. mənasında. Az şey, az miqdar. Aza qane olmaq. - Azdan az deyiblər, çoxdan çox. (Ata. sözü). □□ Az qala, az qaldı, az qalmışdı - demək olar ki, həmən-həmən. - Vallah, qəribə axmaqdırlar bu ingilis tayfaları ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar. M.F.Axundzadə. Məni az qaldı səyyadi-əcəl seyd eləsin, ey dil! Hanı ol ahuyi-rənayə səyyad olduğum günlər? S.Ə.Şirvani. Bəndalı qəlbində doğan təlatümdən az qaldı özünü itirə. Mir Cəlal. Usta Ağabalanın səsinə hamamçı dik atılıb az qaldı ocağın üstə qaynayan pitini töksün. Çəmənzəminli. Bir azdan - bir qədər sonra, azacıq sonra. Bir azdan gələrsən. Bir azdan hazır olar. Qapı ağzında dayanmış Hacib dönüb getdi və bir azdan əlinə qılınc verilmiş ikinci cəllad içəri gəldi. Ə.Məmmədxanlı. Nə az, nə çox - məhz o qədər, düz, tam. Nə az, nə çox, düz bir ay yaylaqda qaldım. az-az zərf 1. Yavaş-yavaş, tədriclə. Xəstə az-az sağalmağa başlamışdır. Uşaq az-az yeriyir. Yağış az-az yağır. İşlər az-az irəliləyir. // Azca-azca. [Cavadın] dişgöynədən sulardan az-az, tez-tez içdiyi dəqiqələr gözləri qabağında canlandı. Ə.Vəliyev. 2. Nadir, gec-gec. [Eldar] kəndə az-az gəlməyə başlayır. S.Hüseyn. Bəy tayfasından belə adam az-az çıxır. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|