AZAD1sif. [fars.] 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.
Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış. // zərf Rahat, əziyyətsiz. Azad nəfəs almaq. Boş (vaxt haqqında). Ulduz azad vaxtlarını daima öz kiçik otağında, həvəskarı olduğu rəssamlığa sərf edərdi. Ə.Məmmədxanlı. nida. Hərbi komanda. Mirbalayev “azad!” komandası verdi. M.Hüseyn. □□ Azad edilmək - 1) xilas edilmək, qurtarılmaq, buraxılmaq. Həbsdən azad edilmək; 2) çıxarılmaq, xaric edilmək. İşdən azad edilmək. Vəzifəsindən azad edilmək; tərxis edilmək, buraxılmaq. [Kusov] üç il bundan əvvəl Qafarın ordudan azad edilərkən birbaş Mingəçevirə gəldiyi günü xatırladı. Ə.Sadıq. Azad etmək - 1) xilas etmək, qurtarmaq. Nəbi Həcəri azad etdikdən sonra bir müddət İranda qalır. “Qaçaq Nəbi”; azadlıq vermək, istiqlaliyyət vermək, azadlığını, istiqlaliyyətini özünə qaytarmaq; buraxmaq, mürəxxəs etmək, getməsinə icazə vermək. Batalyon komissarı bugünkü söhbəti bununla qurtarıb: - “Sağ ol, Nəcəfov!” - deyib, döyüşçünün əlini möhkəm sıxmaqla onu azad etdi. Ə.Vəliyev; tərxis etmək, buraxmaq. Əsgərlikdən azad etmək; 5) çıxarmaq, xaric etmək. İşdən azad etmək; 6) bir işi; vəzifəni, mükəlləfiyyəti və s.-ni yerinə yetirmək məcburiyyətindən xilas etmək. Bədənim zəif olduğundan, məni yay imtahanlarından azad etmişdilər. İ.Əfəndiyev. Azad olmaq - 1) azadlıq əldə etmək, müstəqil olmaq, sərbəst olmaq. Əsarətdən azad olmaq. - Arif çalışır ki, millət azad olun; Zahid çağırır ki, məscid abad olsun. M.Ə.Sabir; 2) boşalmaq. Yerlər azad oldu; 3) arzu etmədiyi bir vəzifədən, işdən və s.-dən canını qurtarmaq. Müdirlikdən azad olmaq; 4) xilas olmaq, qurtulmaq. Şəhərlər düşmən işğalından azad oldu; məc. doğmaq. Bir ildə .. Zeynəb üçüncü uşaqdan azad oldu. M.İbrahimov; 6) işi, məşğələni qurtarmaq. A qardaşlar, axı bir deyin görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz? C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|