İzahlı lüğət

ASILMAQ1

1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq. - ..Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı).
məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq. Bayram günü hər tərəfdə bayraqlar asılır. Ət qənarədən asılmışdır.
Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrikfənəri asılıbdır. S.M.Qənizadə. Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn.
məch. Dar ağacına çəkilməklə edam edilmək. Boğazdan asılmaq. Asılmaq cəzası.
Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu günə keyfiyyətlərindən nağıl edirdi. Ə.Haqverdiyev. [Əmiraslan] bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov. O gün məlun cinayətkar; Asılacaq boğazından. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed