
ASILIsif. 1. Asılmış halda olan, asılmış vəziyyətdə duran. Asılı nərdivan. Asılı paltar. Asılı ip. - Qulam müəllim divardan asılı çantanı endirib açdı və içindəki şeyləri çıxarıb çarpayının bəri başına tökdü. S.Rəhimov.
2. məc. Başqasının iradəsinə, hökmünə tabe vəziyyətdə olan; başqasının yardım və köməyinə ehtiyacı olan, işi başqasından keçən; müstəqil olmayan. Asılı dövlətlər (başqa böyük dövlətlərdən asılı olan kiçik dövlətlər). □ Asılı olmaq - bir səbəbin nəticəsi olmaq, bir səbəblə əlaqədar olmaq, bir şeylə şərtlənmək. Malın qiyməti keyfiyyətindən asılıdır. Bu iş məndən asılı deyil. Hər şey adamın özündən asılıdır. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|