İzahlı lüğət

ASMA

1. “Asmaq”dan f.is.
sif. Bir yerdən asılan, sallanan. Asma tərəzinin, əl tərəzisinin yanında və zəncirlərində hədsiz milçək qarasını görüb, Kəblə Novruzqulu özündən çıxırdı. H.Sarabski. Uzun çayxanada asma lampa yanırdı. S.Rəhimov. Asma otuzluq lampa iş otağına o qədər işıq salıb ki, elə bil gündüzdür. Ə.Vəliyev.
□ Asma körpü - sahil dayaqlarına bənd edilmiş zəncirlər, yaxud polad burazlar vasitəsilə sallanan körpü. Asma körpüləri düşmən yıxanda; Dalğalı çayları keçin ayaqla. S.Vurğun. Ayaq səsləri asma körpüləri titrədir. R.Rza.
sif. Saxlamaq üçün dərilib asılan; asmalıq (meyvə). Asma üzüm.
is. Paltar və s. asmaq üçün qarmaq və s.; paltarasan. [Mədəd] boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ARX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed