
ADYALis. [əsli rus.] Yun və ya iplikdən toxunma birqat yorğan. Nəriman gah adyal üstünə atılmış sədəfli tara, gah bu saat ayrılmalı olduğu babasına baxır.. Mir Cəlal. [Kəyan] oturduğu yerdən adyal döşənmiş tirədə uzanıb, şinelin altında yatan Mədədin çiynini silkələdi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|