
ALA-BƏZƏKsif. 1. Müxtəlif rənglərdən ibarət, rəngbərəng, ala-bula. Ala-bəzək parça. Ala-bəzək qutu. Ala-bəzək xalça. Ala-bəzək xoruz. - Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdim. S.S.Axundov. [Ceyran] xalasının da nəzərini ala-bəzək şəkillərə cəlb etmək istəyirmiş kimi bu vərəqləri çevirməyə tələsmədi. Ə.Əbülhəsən.
□ Ala-bəzək bənövşə - çiçəklərinin böyüklüyü və əlvanlığı ilə adi bənövşədən fərqlənən becərilən gül bitki. 2. məc. Çox şit və bir-birini tutmayan rənglərdə olan. Ala-bəzək paltar. Ala-bəzək tuman. Ala-bəzək köynək. Paylaşın - Hamı bilsin
|