İzahlı lüğət

AYIB

is. [ər. eyb] 1. Utanılacaq şey, utanmağa səbəb olan hal; ar, biabırçılıq. Ayıb iş. -Ayıbsöyləyənin aybını söylərlər. (Ata. sözü). [Həpir:] Mənə ayıb olar ki, atam bu qoca vaxtında güzəran qeydi çəkə. Mir Cəlal.
Qüsur, nöqsan, çatışmazlıq. Gərdənində, qamətində ayıb yox; Amma nə gözəldir pərişan zülfün! M.P.Vaqif.
□ Aybı açılmaq ifşa olunmaq, qüsur və nöqsanlarının üstü açılmaq, biabır olmaq. Aybı çölə düşmək sirr və nöqsanları camaata məlum olmaq, rüsvay olmaq. Aybı gəlmək - b a x aybına gəlmək. Aybı örtülmək - qüsur və nöqsanlarının üstü pərdələnmək, ayıbları gizlində qalmaq. Aybına gəlmək - özü üçün nöqsan və qəbahət saymaq, utanmaq, xəcalət çəkmək. Aybına kor olmaq - öz ayıb və nöqsanlarını anlayaraq peşman olmaq, utanmaq, xəcalət çəkmək. Aybını açmaq nöqsan və qüsurunun üstünü açmaq, ifşa etmək. Aybını örtmək - qüsur və ayıblarının üstünü pərdələmək, gizlətmək, ört-basdır etmək. Aybını üzünə vurmaq - nöqsanını üzünə deyib utandırmaq. Ayıb saymaq nöqsan hesab etmək, nöqsan bilmək, qüsur saymaq. Ayıb tutmaq - nöqsanlı hesab etmək, qüsur bilmək, nöqsanını, qüsurunu göstərmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AH

AXI

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed