AYDINLIQis. 1. Ay işığı, mahtab; açıq və işıq hava.
// Sif. mənasında. Aydınlıq gecə. Ülkər aydan ucadır; Nə aydınlıq gecədir; Mənim halım pis keçir; Sənin halın necədir? (Bayatı). Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar, bir böyük palıd ağacının dibində, aydınlıq gecədə. M.F.Axundzadə. Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub-çalanlara qulaq verirdilər. Ə.Haqverdiyev. İşıq, nur. Ey, gözüm aydınlığı, zülmətdən ənvar istəmə. Nəsimi. İşıqlı yer. Ovçular aydınlıqda oturub söhbət edirdilər. məc. Xoşbəxtlik mənasında. □ Aydınlığa çıxasan! - “xoşbəxt olasan!”, “yaxşı gün görəsən!” mənasında təşəkkür, təbrik ifadəsi. Aydınlığa çıxmaq - xoşbəxtliyə çatmaq, rahat və məsud həyata çatmaq. Aydınlıq içində olmaq - xoşbəxt və rahat həyat keçirmək. [Xırda xanım:] Bala, aydınlıq içində ol, imanın kamil olsun. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|