
AYIN-OYUNis. dan. 1. Evin ehtiyacı üçün bazardan alınan gündəlik şeylər, xırda-xırda. [Şahmar bəy:] Mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox, .. bir az da ayın-oyun gətirim. N.Vəzirov.
// Ümumiyyətlə, xırım-xırda şey. Həmzənin çoxdan söndürülmüş mağazasında, deyəsən, yenə ora-buranı axtaran, ayın-oyun tapıb aparanlar vardı. Ə.Əbülhəsən. İbrahim hər gün çıxıb bazara, ayın-oyundan gətirib qarı ilə yeyirdi. (Nağıl). 2. məc. Mənasız, boş söz; cəfəngiyat. Ayın-oyun danışmaq. Paylaşın - Hamı bilsin
|