AYILTMAQf 1. Yuxudan oyatmaq, ayılmağa, gözlərini açmağa məcbur etmək. Telefonun zəngi biziyuxudan ayıltdı. - Kərim bəy dərhal Güləndamı ayıltdı; qız özünü itirdi. Mir Cəlal. Səhər yuxusundan ayıldır məni; Sinəmə sığmayan böyük duyğular. S.Vurğun.
Özündən getmiş və ya sərxoş adamı özünə gətirmək, huşa gətirmək. Sərxoşu ayıltmaq. Özündən getmiş qızı həkim ayıltdı. məc. Gözünü açmaq, başa salmaq, qəflət yuxusundan oyatmaq; bilmədiyi, xatırında olmadığı şeyi yadına salmaq. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal. [Sonralar] xalqımızı ayıltmaq üçün ziyalıların çalışdığını dərk etməyə başladım.. H.Sarabski. // Ayıq salmaq, duyuq salmaq. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|