
AYİNis. [fars.] 1. Qayda, qanun. Gəlmədi, saçı arasında yəqin itdi könül; Rəsmayindir, olur şami-qaranqudə bəla. Q.Zakir.
// Dəb, adət, üsul. Dini mahiyyətdə olan mərasim; ibadət. Dini ayinlərin icrası. - Aldanmaram ki, doğrudur ayinin, ey əmu; Kəssin məni, həqiqi isə dinin, ey əmu! M.Ə.Sabir. // Məc. mənada. Səcdədir hər qanda bir büt görsəm ayinim mənim; Xah mömin, xah kafir tut, budur dinim mənim. Füzuli. Paylaşın - Hamı bilsin
|