
AĞBAŞ1. sif. Başı ağ, başı (saçları) ağarmış. Ağbaş kişi. Ağbaş arvad. - Qoca, gödək və ağbaş professor dərs deyirdi. Mir Cəlal.
2. is. köhn. Başı əmmaməli, molla, axund. Hökmdir hakimə, ta hökm edə fərraş arasında; Bölələr yağ-balı fərraş ilə ağbaş arasında. Şəhriyar. [Tahirzadə:] Nə etməli, meydanı bu ağbaşlara tərk edib getməlimi, bu meydana yol tapmalımı? Mir Cəlal. Paylaşın - Hamı bilsin
|