İzahlı lüğət

AĞALIQ

is. 1. Hakimiyyət, hökmranlıq.
// Böyüklük, başçılıq.
□ Ağalıq etmək hakimiyyət sürmək, hökmranlıq etmək. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal.
// Üstünlük, nüfuz.
2. köhn. Ağaya (bəyə, mülkədara) məxsus mülk, ev, su, meşə, heyvan və s. [Ayrım qızı:] İkimiz də cavan idik .. bu çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
not_found
......