.....i_l_by_id_with_comments
AĞCAis. 1. köhn. Pul. Kürə və Misgincə tayfasından on dörd min batman buğda və qırx min dirhəm ağca .. alınıb anbarlara və xəzinəyə yetişirdi. “Dərbəndnamə”. Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar. S.Vurğun. Simuzər dilədim, ağca vermədi. O.Sarıvəlli.
2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər; pulcuq. Qumun üzərinə sərilmiş balıqlar, öz ağcalarını parıldada-parıldada .. çapalayırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|