ANLAŞILMAZsif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli. - Gecəyarısı avam camaat məclislərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələri dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski.
// İzah edilə bilməyən, səbəbi bilinməyən, qəribə, təəccüblü, müəmmalı. Anlaşılmaz hadisə. Anlaşılmaz hərəkət. - İndi [Züleyxa] daxilində anlaşılmaz bir narahatlıq, bir iztirab duyurdu. M.İbrahimov. Dərs otağına dərin və anlaşılmaz bir sükut çökmüşdü. M.Hüseyn. Nədən isə bu gecə qoca arxivçinin qəlbində sevinc ilə qarışıq anlaşılmaz bir hiss vardı. H.Nəzərli. Paylaşın - Hamı bilsin
|