
ANLAŞILMAQməch. Başa düşülmək, dərk edilmək; məlum olmaq, aydın olmaq. Onun sözlərindən heç bir şey anlaşılmadı. Danışığından anlaşıldı ki, bu gün yola düşəcəkdir. - Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir; o, bir çox xalqların qəlbinə yol aça bilir. Ü.Hacıbəyov. Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|