AĞI1is. 1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı. Aşıq Kərəm.
□ Ağıya düşmək - zəhərli bir şey yeyib zəhərlənmək. Ağıya salmaq heyvanı zəhərli ot olan yerdə otarmaq; insana və ya heyvana zəhərli şey yedirmək, ya içdirmək. 2. məc. Çox acı şey haqqında; zəqqum. Ağzım o qədər acıdır ki, elə bil ağı yemişəm. □□ İlana ağı verən - b a x ilan. Paylaşın - Hamı bilsin
|