
AĞI2is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli.
□ Ağı demək (oxumaq, çəkmək, tutmaq) - 1) ölünün üstündə ağız açıb ağlamaq. Qoca arvadlar ağlaşma qurub, ağı oxumaq istədilər. M.Hüseyn. Zavallı ana! Hələ cəmdəkləri soyumayan balaları üstünə döşənib ağı çəkir. Ə.Əbülhəsən; 2) məc. fəğan etmək, fəryad etmək. Elə bil ağaclar dillənib ağlaşdı, bülbül də öz fəğanı ilə onlara ağı tutdu. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|