AĞIRLAŞDIRMAQf. 1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. Yükü ağırlaşdırmaq.
Yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. İşin gedişini ağırlaşdırmaq. Sürəti ağırlaşdırmaq. məc. Daha da çətinləşdirmək, daha da zorlaşdırmaq, mürəkkəbləşdirmək. İşi ağırlaşdırmaq. Vəzifəni ağırlaşdırmaq. // Oxunmasını, başa düşülməsini daha da çətinləşdirmək. Üslubu ağırlaşdırmaq. Uzun cümlələr ifadəni daha da ağırlaşdırmışdır. // Daha da pisləşdirmək, xarablaşdırmaq, gərginləşdirmək. Vəziyyəti ağırlaşdırmaq. [Toğrul bəy] qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib, özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. M.S.Ordubadi. Daha da gücləndirmək, şiddətləndirmək, ciddiləşdirmək, artırmaq, daha da təsirli etmək. Düşmənin səhvi onun tələfatını daha da ağırlaşdırdı. Cəzasını ağırlaşdırmaq. - Uca səslə ağı deyən gəlinlər Səlminazın kədərini daha da ağırlaşdırdılar. M.Hüseyn. Kəsifləşdirmək, qəlizləşdirmək, tənəffüsü çətinləşdirmək, dözülməz bir hala salmaq. Otağın havasını ağırlaşdırmaq. Tozanaq havanı daha da ağırlaşdırdı. Həzmi çətinləşdirmək, zorlaşdırmaq. Mədəni ağırlaşdırmaq. məc. Korlamaq, xarab etmək, iyləndirməyə başlamaq. Paylaşın - Hamı bilsin
|