AĞIÇIis. Köhnə məişətdə: ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan, .. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vəzirov. Ağıçının gözəl səsi və nisgilli ağısı adamı mütəəssir edirdi. Çəmənzəminli.
// Ağıya aid olan (b a x ağı2). Ədəbiyyat iki qisimdir. Bir qismi ağızda söylənən nəql, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. F.Köçərli. Paylaşın - Hamı bilsin
|