
AĞILLIsif. 1. Dərrakəli, düşüncəli, şüurlu. Ağıllı adam. - Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi. N.Nərimanov. Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı. M.Hüseyn
// məc. Tədbirli, öz işini bilən. [Mirpaşa:] Ağıllı .. bir bağban görsə ki, .. böyük bir ağacın kiçicik bir budağı quruyub, gərək onu o saat kəssin. Z.Xəlil. Ağla əsaslanan, ağlabatan. Ağıllı söz. Ağıllı fikir. İclasda çox ağıllı təklif irəli sürdülər. Ağıllı (z.) hərəkət etmək. məc. Tərbiyəli, qanacaqlı. Ağıllı qız. Ağıllı uşaq. Paylaşın - Hamı bilsin
|