
AMİRis. [ər.] Buyuran, əmr edən, hökm edən; başçı, böyük. Millətə çatdıqca qəm, əyyaş idik; Hakimə yar, amirə qardaş idik. M.Ə.Sabir. Yavər mətbəxdə xörək hazırlayır Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|