AMFİTEATR[yun.] 1. Qədim yunanlarda və romalılarda: ətrafında tamaşaçılar üçün yarımdairə şəklində pillə-pillə yüksələn yerlər olan tikili, tamaşagah. Amfıteatrın ortasında arena var idi.
2. Müasir teatrlarda: parterlərin dalında və ya lojaların üstündə pillə-pillə yüksələn yarımdairə şəklində yerlər. // Amfıteatr kimi getdikcə yuxarı qalxan şey haqqında. Amfiteatr şəklində dənizdən təpələrə doğru yüksələn şəhər milyon işıqları ilə parlayırdı. Ə.Sadıq. Paylaşın - Hamı bilsin
|