
AMİN[ər. əsli qədim yəh.] din. Qəbul olsun, arzun yerinə yetsin, olsun (adətən dua və sənaların axırında söylənir). Əziziyəm, bir amin; Bir dua de, bir amin; Bu gündən məhəbbətim; Artıb sənə birə min. (Bayatı). Camaat da qazıya baxıb səsləndi: - Amin! Məmmədquluzadə.
□ Amin deyən məc. öz fikri olmayıb, başqasının dediyini təkrar edən, bəli-bəli deyən, başqasının sözü ilə durub-oturan adam. Amin demək məc. - öz fikri olmayıb, başqasının dediyini təkrar etmək, “bəli-bəli” demək. Paylaşın - Hamı bilsin
|