
AMORFsif. [yun.] Formasız, şəkilsiz. Təbiətdə amorf maddələr kristallara nisbətən azdır.
□ Amorf dillər dilç. - sözlərin formal (şəkli) əlamətləri (məs.: sonluqları) olmayan və buna görə də müxtəlif qrammatik əlaqələri (hal, say, şəxs, zaman və s. münasibətləri) köməkçi sözlərlə, cümlədə sözlərin sırası ilə ifadə olunan dillər (məs.: Çin dili). “Xalis ” amorf dillər yoxdur. Paylaşın - Hamı bilsin
|