AVADANLIQis. 1. Ev şeyləri, müxəlləfat, dir-dirrik. Evinə avadanlıq almaq.
2. Bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıq da qayırıblar. M.Hüseyn. Maşınqayırma sənayesi daha çox dərinliyi təmin edəcək mükəmməl qazıma avadanlığının istehsalını mənimsəməyə başlayır. Quliyev. Paylaşın - Hamı bilsin
|