İzahlı lüğət

ATMAQ

f 1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq. Yol daşını yol quşuna; Atma, qardaş, kərəm eylə. Xətayi. [Usta] ..əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn. Nisa kömür qabını yerə atıb gəldi. Mir Cəlal.
Bir şeyi hündür yerdən aşağı tullamaq, salmaq. Lövbəri dənizə atmaq. Damın qarını atmaq. - Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov.
Salmaq. Həbsə atmaq. - Kərim xanı yenə .. bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov.
□ Özünü atmaq atılmaq, tələsik girmək, keçmək, daxil olmaq. İvaşenkonun geri oturtduğu düşmən dəstəsindən balaca bir qrup özünü keçidə atdı. M.İbrahimov. Uşaq özünü atasının qucağına atdı. Mir Cəlal. Mən güclə özümü oyankı otağa atdım. S.Rəhman.
Tərk etmək, buraxmaq, üz döndərmək. Ev-eşiyini atmaq. Arvad-uşağını atmaq. İşi atmaq. - Atdın vətəni neçin, qəribim? Arxandan əcəl məgər yetişdi? A.Səhhət.
// məc. Əl çəkmək, tullamaq, tərk etmək. Papirosu atmaq. İçkini atmaq. - Səndən üzməmişəm bircə gün də əl; Demə: “Hüseyn məni atmış ”, amandır! M.Rahim.
Rədd etmək, əməl etməmək. Qardaşımın sözünü ata bilmədim. M.S.Ordubadi.
Doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq. Tüfəng atmaq. Top atmaq. Pulemyot atmaq.
məc. dan. Vurmaq, öldürmək, yaralamaq (tüfəng, ya tapança ilə). Quş atmaq.
Nəbi hirslənib dedi: - ..bu saat burdan rədd olmasan, səni atacağam. “Qaçaq Nəbi”. Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli.
Örtmək, salmaq, sərmək. Üstünə yorğan atmaq.
Səpmək. Toxum atmaq.
Sökülmək. [Hətəm] əsəbilikdən yumruqları ilə ciblərini elə aşağı basdı ki, az qaldı paltarın tikişi atsın. Mir Cəlal.
Döyünmək, vurmaq, tərpənmək. Ürəyi atmaq. Nəbzi atmaq.
Çıxarmaq, buraxmaq, pozmaq. Məqalənin birinci abzasını atmaq.
məc. Uzatmaq. 'Bəzən adama elə gəlir ki, əlini dağların təpəsinə atsan, ulduzları tuta biləcəksən. S.Rüstəm.
məc. dan. İçmək.
Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: can atmaq (b a x can), kif atmaq (b a x kif), əl atmaq (b a x əl), addım atmaq (b a x addım), püşk atmaq (b a x püşk).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AB

AY2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed