AVAR1is. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. Avar çəkmək. - Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü. A.Şaiq. Bədən tərbiyəsi hərəkətləri ilə, xüsusən idmanın üzmək, qaçmaq, ayaq xizəyində gəzmək və avar çəkmək kimi növləri ilə uzun müddət məşğul olmaq tənəffüs işini çox yaxşılaşdırır. Babayev.
Paylaşın - Hamı bilsin
|