İzahlı lüğət

ATLI

1. sif. At minmiş, süvari. Atlı qoruqçu. Meşənin dalından bir neçə atlı əsgər göründü. - Rüxsarə başını qaldırıb atlı adama baxdı. S.Rəhimov. [Süleyman bəy:] A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı (z.) gəzmək ləzzət verməz. Ə.Haqverdiyev.
// Atı olan. Atlı kəndlilər.
is. Ata minmiş adam. Mənimlə onun arasında üç atlı vardı. S.Hüseyn. Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb .. qaçmasın. Mir Cəlal. Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed