AĞIR-YÜNGÜLis. Ev şeyləri, müxəlləfat, şey-şüy (bəzən qiymətli şeylər, qızılgümüş mənasında da işlənir). Lotular qalxıb hərə öz yorğan-döşəyini və evdə olan, ağırdan-yüngüldən nə varsa yığışdırandan sonra, İsfahan deyib, birbaş getməkdə olsunlar. “Aşıq Qərib”.
□□ Ağır-yüngül eləmək (etmək) - 1) yoxlamaq, ölçüb-biçmək, fikirləşmək, düşünmək, götür-qoy eləmək; 2) şeylərin ağırını qoyub, yüngülünü götürmək. Burasını demək lazımdır ki, Hacı Tağı Veysə verdiyi otağı ağır-yüngül edib, orada o vaxtlar çox az olan bir çarpayıdan, .. bir divar güzgüsündən başqa heç nə qoymamışdı. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|