AĞIZLIQis. 1. Duru şeyləri bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar cihaz; qıf.
Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s. Atın və başqa heyvanların ağzına vurulan saman torbası. // Qapan itlərin, yaxud başqa heyvanların üzünə keçirilən tor və s. [Balaqların] başına çubuqdan, yaxud paslanmayan metaldan səbət kimi toxunmuş ağızlıq keçirmək lazımdır. Ağabəyli. At yüyəninin ağıza keçirilən dəmir hissəsi. Telefon dəstəyinin ağıza tutulan tərəfi. Nəfəslə çalınan musiqi alətinin ağıza salınan hissəsi. // Müştük. B a x ağızotu. Paylaşın - Hamı bilsin
|