AĞIZ-BURUNis. dan. Surət, sifət.
// Zahiri görünüş, görkəm. [Pası:] Ucqardakı ağzıburnu hisli kaha kimindir? S.Rəhimov. □□ Ağız-burun bəhəm eləmək - təşəxxüslənmək, özünü çəkmək, həddini aşmaq, başa çıxmaq, qudurmaq. [Salamov:] ..Sən [Ağamov] indi belə ağız-burun bəhəm eləmisən ki,.. mənim quyularımı hasara alırsan? C.Cabbarlı. [Cahil:] Adə! Belə ağız-burun bəhəm eləmisən ki, mənim sözümün qabağına söz deyirsən? H.Sarabski. Ağız-burun əymək - narazı olduğunu bildirmək, küsmək, deyinmək. Ağzı-burnu düşmüş - yararsız, sınıq, yaraşıqsız, eybəcər. Paylaşın - Hamı bilsin
|