AĞIRLIQis. 1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. - Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır... B.Vahabzadə. “Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı. məc. Dərd, qəm, ələm, iztirab. [Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi. [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə. Vüqar, təmkin, ciddilik. [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm. - Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü. □□ Ağırlıq mərkəzi - bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti. Ağırlıq satmaq - naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq. Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif. Paylaşın - Hamı bilsin
|