ALOVLUsif. 1. Şiddətlə yanan, parlayan, alov çıxan.
məc. tənt. Hərarətli, atəşin, ehtiraslı, coşqun. Alovlu salamlar. Alovlu nitq. Alovlu sözlər. Alovlu baxışlar. // Hiddətdən qıpqırmızı olmuş. Bu halda [Toğrulun] alovlu gözləri Rəşid kişinin qan çanağına dönmüş gözlərinə sataşdı. H.Nəzərli. // məc. Yandırıcı, yaxıcı. Dağ başında ov budur; Çaxmaq budur, qov budur; Sevgi od deyil yana; Oddan da alovludur. (Bayatı). Paylaşın - Hamı bilsin
|