
ALTUNis. Qızıl. Sənə gülşəndə nisar etmək üçün, hər nərgis; Götürübdür başa altun dolu bir sim təbəq. Füzuli. [Aydın:] Dünyada hakim bir qüvvət varsa, o da altun, yenə altundur. C.Cabbarlı. Payız günəşi ətrafındakı kolların seyrək yarpaqlarını altun təbəqələri kimi parlatmaqda idi. H.Nəzərli.
Paylaşın - Hamı bilsin
|