İzahlı lüğət

ALUDƏ

[fars.] Tutulmuş, mübtəla; vurulmuş, məftun. Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır. S.Ə.Şirvani.
□ Aludə olmaq - 1) tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlardı. Ə.Haqverdiyev. [Firidun] düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. M.İbrahimov; 2) vurulmaq, məftun olmaq. Aludeyiqəddü rüxü çeşmin ola aşiq; Sərvü səmənə, nərgisi-şəhlaya baxarmı? Q.Zakir. Nəriman uzaqdan-uzağa bu qıza elə aludə oldu ki, pəncərə günlər ilə örtülmədi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed