
ABDAL[ər.] 1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz. Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli Məhəmməd.
// Söyüş mənasında. [Oğuz:] Baxınıb durma, haydı kisəni al! Gəl işim var səninlə, gəl, abdal! H.Cavid. // köhn. Dərviş, qələndər. Sufiyəm, əmma nə bu abdaldən; Haq sevən insanəm, a şirvanlılar! M.Ə.Sabir. 2. is. köhn. Dərviş, qələndər. Paylaşın - Hamı bilsin
|