ABIRLIsif. 1. Həyalı, ismətli, utancaq, namuslu. Abırlı qız. - Abırlı abrından qorxar, abırsız nədən qorxar? (Ata. sözü).
məc. Etibarlı, hörmətli, nüfuzlu, ciddi. Heyif ki, onun parlaq dövründə abırlı bir vəzir görmədik. M.F.Axundzadə. [Müdir:] Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib-getməkdən yoruldun. Ə.Məmmədxanlı. məc. dan. Yaxşı, münasib, səliqəli. Abırlı geyim-kecim. Abırlı paltar. Paylaşın - Hamı bilsin
|