ACsif. 1. Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. - Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir.
□ Ac qarın - 1) ac, heç şey yeməmiş; 2) məc. lüt, yoxsul, yurdsuz-yuvasız mənasında. Ac qoymaq - yemək verməmək, yeməksiz-içməksiz qoymaq; 2) məc. gəlir mənbəyini kəsmək. Ac qurd məc. - son dərəcə ac, doymaq bilməyən, acgöz, qarmqulu. Ac saxlamaq - pis saxlamaq, lazımınca (doyunca) yemək verməmək. Acından öldürmək - tamamilə ac saxlamaq, heç yemək verməmək. Acından ölmək - 1) son dərəcə yoxsulluq çəkmək, çox aclıq çəkmək nəticəsində ölmək; 2) məc. fövqəladə aclıq hiss etmək, yemək istəmək. // İs. mənasında. Acları yedirtmək. // Aclıq ifadə edən. Ac gözləri ilə ona baxdı. məc. Son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Ac ölkə. Kəndlilərin çoxu ac idi. məc. Tamahkar, həris, gözüdoymaz. Quraqlıqdan susamış. Ac torpaq. Paylaşın - Hamı bilsin
|