ACILAMAQf Acı sözlər demək, zəhərləmək, sancmaq, birinə acı söz deyib qəlbini incitmək. [Zeynal:] - Sən istədiyin qədər bağır! - deyə qocanı acılayırdı. A.Şaiq. [Kor seyid] bəzi vaxt Məsməni nalayiq sözlər ilə acılarmış. S.Hüseyn. Sarxan dəstənin ortasında durmuşdu. Onu yenə də acılayırdılar. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|